TÜRKİYƏ İMAMI 1,5 MİLYON DOLLAR KOMPENSASİYA TƏLƏB EDİR
“Si-En-En Türk” telekanalının yaydığı məlumata əsasən, imamın Nyu-York məhkəməsində ABŞ-ın ədliyyə naziri Con Eşkrofta və Federal Təhqiqat Bürosunun direktoru Robert Müllerə qarşı məhkəmə çəkişməsi artıq 4 ildən çoxdur uzanır. Türkmən məhkəmənin növbəti iclasında iştirak etmək üçün ABŞ-a gəlmişdir.
İmam iddia ərizəsində yazır ki, “Nyu-Cersi ştatındakı həbsxanada onunla vəhşicəsinə davranmış, o, etnik və dini əlamətlərə görə təqiblərə məruz qalmışdır. Həbsxanada onu itlərlə qorxudur, lüt soyundurur, donuz əti yeməyə məcbur edirdilər”.
İ.Türkmən deyir ki, ABŞ-ın yüksəkvəzifəli məmurlarına qarşı məhkəmə prosesində qalib gələrsə, onun üçün pul deyil, ədalətsizliklə necə mübarizə aparmaq nümunəsi vacib olacaqdır.
Xatırladaq ki, imam turist vizasının başa çatması ilə əlaqədar 2001-ci ilin oktyabrında ABŞ-da həbsə alınmış, 2002-ci ilin fevralında azadlığa buraxılandan sonra vətənə qayıtmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]