Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir






Bakı, 14 may, AZƏRTAC
Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərliyi ilə qardaş ölkənin MMU-nun Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyətləri, müəllimləri, "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olublar.
Keçirilən görüşlərdə Türkiyə nümayəndə heyətinə Azərbaycan HHQ və HDQ-nin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, brifinqlər təqdim olunub.
Plana uyğun olaraq, qonaqlar HHQ-nin “N” hərbi hissəsini ziyarət edib, həmçinin HDQ-nin dəniz əməliyyatları mərkəzinə və döyüş gəmilərinə baş çəkiblər.
Səfər zamanı qardaş ölkənin nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.