Türkiyə terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün addımlarını davam etdirir
Ankara, 5 yanvar, AZƏRTAC
Türkiyə və ABŞ İŞİD terror təşkilatına maliyyə yardımı etdiyi aşkarlanan 5 fiziki və 2 hüquqi şəxsin aktivlərinin dondurulması barədə qərar verib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Türkiyə terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün təsirli addımlar atmağa və bu məsələdə beynəlxalq tərəfdaşları ilə əməkdaşlığa davam etdirəcək.
Açıqlamada xatırladılır ki, Türkiyə Xəzinə və Maliyyə Nazirliyi məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]