Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
Ankara, 5 yanvar, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTAC Türkiyə Prezident Administrasiyasına istinadla xəbər verir ki, prezidentlər başda enerji məsələləri olmaqla, Türkiyə-Rusiya əlaqələri, Rusiya-Ukrayna müharibəsi, Suriya böhranı da daxil regional problemləri müzakirə ediblər.
PKK/PYD/YPG terror təşkilatının Türkiyənin dövlət sərhədi bölgələrindən, xüsusilə də Tel Rifat və Münbiçtən təmizlənməsi üçün təsirli addımların atılmasının vacibliyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan, o cümlədən Suriya məsələsində nəticə almaq üçün rejimin konstruktiv olmasının və siyasi proseslərdə bəzi addımları həyata keçirməsinin vacibliyini ifadə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]