TÜRKİYƏDƏN AZƏRBAYCANA İXRACIN HƏCMİ ARTMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Türkiyə İxracatçılar Birliyinin məlumatına istinadla xəbər verir ki, cari ilin 6 ayı ərzində qardaş ölkədən Azərbaycana ixrac olunan malların həcmi 0,7 faiz artaraq 286,7 milyon dollar təşkil etmişdir.
Həmin dövrdə Gürcüstana mal ixracı 0,4 faiz artaraq 171,1 milyon dollara çatmışdır. Ümumilikdə, qonşu ölkələrlə ixracın 11,5 faiz artaraq, 3,9 milyard dollara çatdığı bildirilir. Bunların sırasında Türkiyənin ən çox mal göndərdiyi ölkələr İraq (1,3 milyard dollar), Yunanıstan (708 milyon dollar) və Bolqarıstandır (659 milyon dollar).