“TÜRKÜN SANCAĞI”... ƏSƏRİ BƏLƏDİYYƏ TEATRINDA SƏHNƏLƏŞDİRİLƏCƏKDİR
Teatrın truppa müdiri Şövkət Abdulova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, süjet xətti 1918-ci ildə ermənilərin törətdikləri vəhşiliklərdən və türklərin azərbaycanlılara göstərdikləri qardaş köməyindən bəhs edən iki hissəli tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Ziyəddin Tağıyev, quruluşçu rəssamı Mürsəl Veysovdur.
Əsərdə əsas rollarda xalq artisti Vaqif Əliyev, əməkdar artistlər Azad Şükürov, Əfqan Soltanov, Hüsniyyə Mürvətova və başqaları oynayacaqlar.
“Türkün sancağı” tamaşasının premyerası may ayında olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO
- 29.09.2026 [20:37]