UEFA Çempionlar Liqası: “Qarabağ” ilə oyunda “Sürix” hesab arasındakı fərqi azaldıb
Bakı, 19 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Sürix” oyununda növbəti qol vurulub.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda kobud oyuna görə, “Qarabağ”ın qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirən “Sürix”in futbolçusu Mirlind Kryeziu hesab arasındakı fərqi azaldıb - 3:2.
Hazırda ikinci hissə davam edir.
"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.
Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) - “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.