UEFA İnkişaf Turniri: Azərbaycan millisi Gürcüstana qalib gəlib
Bakı, 16 aprel, AZƏRTAC
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Aqil Nəbiyevin başçılıq etdiyi yığma Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Qeyd edək ki, Azərbaycan seçməsi turnir çərçivəsində son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]