UEFA Konfrans Liqası: “Roma” yenə qələbə qazana bilmədi
Bakı, 5 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, "Qarabağ"ın yer aldığı H qrupunda İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə heç-heçə edib - 1:1. Bununla da Ağdam təmsilçisinin pley-offa adlaması dəqiqləşib. Görüşdə hesabı meydan sahibləri açıblar. 17-ci dəqiqədə Andronikos Kakoulli fərqlənib. 57-ci dəqiqədə isə Liam Millar tarazlığı bərpa edib.
Turnirin iddialı komandalarından "Roma" İtaliyada Norveçin "Budyo Qlimt" komandasını qəbul edib. Ötən tur səfərdə 1:6 hesabı ilə uduzan "canavarlar" evdə də rəqibi ilə bacarmayıb - 2:2.
İngiltərənin "Tottenhem klubu isə doğma meydanda Niderlandın "Vitess" komandası üzərində çətin qələbə qazanıb - 3:2.
Gün ərzində keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
"Makkabi" (Təl-Əviv, İsrail) - HİK (Finlandiya) - 3:0;
LASK (Avstriya) - "Alaşkert" (Ermənistan) - 2:0.
Qrupdakı vəziyyət: "Makkabi" - 10, LASK - 10, HİK - 3, "Alaşkert" - 0.
B qrupu
"Flora" (Estoniya) - "Anortosis" (Kipr) - 2:2;
"Gent" (Belçika) - "Partizan" (Serbiya) - 1:1.
Qrupdakı vəziyyət: "Gent" - 10, "Partizan" - 7, "Flora" - 2, "Anortosis" - 2.
C qrupu
"Zarya" (Luqansk, Ukrayna) - "MOİK-Sofiya" (Bolqarıstan) 2:0;
"Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 2:2.
Qrupdakı vəziyyət: "Budyo Qlimt" - 8, "Roma" - 7, "Zarya" - 6, "MOİK-Sofiya" - 1.
D qrupu
"AZ Alkmar" (Niderland) - ÇFR (Kluj, Rumıniya) - 2:0;
"Randers" (Danimarka) - "Yablonets" (Çexiya) - 2:2
Qrupdakı vəziyyət: "AZ Alkmar" - 10,"Yablonets" - 5, "Randers" - 4, ÇFR - 1.
E qrupu
"Union Berlin" (Almaniya) - "Feyenoord" (Niderland) - 1:2;
"Slaviya" (Praqa, Çexiya) - "Makkabi" (Hayfa, İsrail) - 1:0.
Qrupdakı vəziyyət: "Feyenoord" - 10, "Slaviya" - 6, "Makkabi" - 4, "Union Berlin" - 3.
F qrupu
"Linkoln" (Cəbəllütariq) - "Slovan" (Bratislava, Slovakiya) - 1:4;
PAOK (Yunanıstan) - "Kopenhagen" (Danimarka) - 1:2.
Qrupdakı vəziyyət: "Kopenhagen" - 9, "Slovan" - 7, PAOK - 7, "Linkoln" - 0.
G qrupu
"Tottenhem" (İngiltərə) - "Vitess" (Niderland) - 3:2;
"Renn" (Fransa) - "Mura" (Sloveniya) - 1:0.
Qrupdakı vəziyyət: "Renn" - 10, "Tottenhem" - 7, "Vitess" - 6, "Mura" - 0.
H qrupu
"Kayrat" (Qazaxıstan) - "Qarabağ" (Azərbaycan) - 1:2;
"Omoniya" (Kipr) - "Bazel" (İsveçrə) - 1:1.
Qrupdakı vəziyyət: "Qarabağ" - 10, "Bazel" - 8, "Omoniya" - 2, "Kayrat" - 1.