UEFA Konfrans Liqası: “Sabah” fasiləyə üstün yollanıb
Bakı, 26 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən RFŞ (Latviya) - “Sabah” (Bakı) matçında birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Latviyanın Yurmala şəhərindəki “Sloka” stadionunda keçirilən görüşdə hesabı Bakı təmsilçisi açıb. Matçın 22-ci dəqiqəsində Boyan Letiç adını tabloya yazdırıb.
Qarşılaşmanın ilk hissəsi “Sabah”ın minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.
Komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.
Bakı təmsilçisi RFŞ-i turnirdən kənarlaşdırsa, növbəti mərhələdə Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. Üçüncü təsnifat mərhələsinin görüşləri avqustun 10-da və 17-də oynanılacaq.