UEFA Konfrans Liqası: “Tottenhem” klubu “Vitess”i, Roma” isə “Budyo Qlimt”i qəbul edəcək
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də UEFA Konfrans Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gün ərzində 8 qrupda 16 qarşılaşma baş tutacaq.
Azərbaycanın turnirdəki yeganə təmsilçisi, H qrupunda yer alan “Qarabağ” klubu Qazaxıstanda “Kayrat” komandasının qonağı olacaq. Ağdamlıların rəqiblərindən İsveçrənin “Bazel” klubu Kiprdə “Omoniya” ilə üz-üzə gələcək. Ağdam təmsilçisi qalib gələcəyi halda növbəti mərhələyə vəsiqəni demək olar ki, təmin edəcək.
Ötən tur Norveçdə “Budyo Qlimt” komandasına böyük hesabla məğlub olan (1:6) İtaliyanın “Roma” klubu “Olimpiko” stadionunda darmadağının qisasını almağa çalışacaq. İngiltərənin “Tottenhem” komandası öz meydanında Niderlandın “Vitess” klubunu qəbul edəcək. Üçüncü turda ingilislər minimal hesabla uduzublar.
Gün ərzində keçiriləcək oyunlar:
A qrupu
“Makkabi Təl-Əviv” (İsrail) - HİK (Finlandiya);
LASK (Avstriya) - “Alaşkert” (Ermənistan).
Qrupdakı vəziyyət: “Makkabi Tel-Aviv” - 7, LASK - 7, HİK - 3, “Alaşkert” - 0.
B qrupu
“Flora” (Estoniya) - “Anortosis” (Kipr);
“Gent” (Belçika) - “Partizan” (Serbiya).
Qrupdakı vəziyyət: “Gent” - 9, “Partizan” - 6, “Flora” - 1, “Anortosis” - 1.
C qrupu
“Zarya Luqansk” (Ukrayna) - “MOİK-Sofiya” (Bolqarıstan);
“Roma” (İtaliya) - “Budyo Qlimt” (Norveç).
Qrupdakı vəziyyət: “Budyo Qlimt” - 7, “Roma” - 6, “Zarya” - 3, “MOİK-Sofiya” - 1.
D qrupu
“AZ Alkmar” (Niderland) - “ÇFR Kluj” (Rumıniya);
“Randers” (Danimarka) - “Yablonets” (Çexiya).
Qrupdakı vəziyyət: “AZ Alkmar” - 7, “Yablonets” - 4, “Randers”- 3, “ÇFR Kluj” - 1.
E qrupu
“Union Berlin” (Almaniya) - “Feyenoord” (Niderland);
“Slaviya Praqa” (Çexiya) - “Makkabi Hayfa” (İsrail).
Qrupdakı vəziyyət: “Feyenoord” - 7, “Makkabi Hayfa” - 4, “Slaviya Praqa” - 3, “Union Berlin” - 3.
F qrupu
“Linkoln” (Cəbəllütariq) - “Slovan” (Bratislava, Slovakiya);
PAOK (Yunanıstan) - “Kopenhagen” (Danimarka).
Qrupdakı vəziyyət: PAOK - 7, “Kopenhagen” - 6, “Slovan” - 4, “Linkoln” - 0.
G qrupu
“Tottenhem” (İngiltərə) - “Vitess” (Niderland);
“Renn” (Fransa) - “Mura” (Sloveniya).
Qrupdakı vəziyyət: “Renn” - 7, “Vitess” - 6, “Tottenhem” - 4, “Mura” - 0.
H qrupu
“Kayrat” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan);
“Omoniya” (Kipr) - “Bazel” (İsveçrə).
Qrupdakı vəziyyət: “Bazel” - 7, “Qarabağ” - 7, “Omoniya” - 1, “Kayrat” - 1.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.