UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək
Bakı, 16 may, AZƏRTAC
UFC-nin şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bispinq Azərbaycanda keçiriləcək ilk tarixi turnir çərçivəsində Bakıya gələcək.
Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, Maykl Bispinq, Brendon Fitzcerald və Pol Felder iyunun 21-də “Baku Kristal Hall”da baş tutacaq möhtəşəm UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.
Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin “co-main event”i (ikinci əsas döyüş) isə Azərbaycan təmsilçisi Rafael Fiziyev ilə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]