Ukrayna millisinin sabiq hücumçusu: Azərbaycanla oyunda arxayınlaşmaq olmaz
Bakı, 13 oktyabr, AZƏRTAC
Ukrayna millisinin sabiq hücumçusu Artyom Milevski DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə bu gün keçiriləcək IV tur oyunundan öncə komanda üzvlərinə müraciət edib.
AZƏRTAC xəbər verir ki, o, İslandiya üzərindəki parlaq qələbədən (3:0) sonra futbolçuları arxayınlaşmamağa və diqqətlərini tam olaraq matça cəmləməyə çağırıb.
Azərbaycan millisi ilə oyunun önəmini xüsusi vurğulayan keçmiş futbolçu bildirib ki, əsas məqsəd növbəti 3 xalı qazanmaq olmalıdır.
Qeyd edək ki, Krakov şəhərindəki Yozef Pilsudski adına stadionda oynanılacaq Ukrayna – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. İlk 3 turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. 4 xalı olan Ukrayna seçməsi isə 2-ci sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]