UKRAYNA TƏRƏFİNİN TƏKLİFLƏRİ ÖYRƏNİLİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, şirkət Ukraynada yanacaqdoldurma stansiyalarının tikintisini nəzərdə tutur. Bu layihənin həyata keçirilməsi üçün hazırda onun gəlirliliyi, xüsusilə də xam neftin bazara çatdırılmasının və onun xaricdə emalının iqtisadi səmərəliliyi, qarşı tərəfin hansı şəraiti yaradacağı öyrənilir.