UKRAYNA VƏ TÜRKİYƏ ONLARIN ƏRAZİSİNDƏ QANUNSUZ YAŞAYAN ŞƏXSLƏRİ MÜBADİLƏ EDƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Viktor Yuşşenko Ali Radanın iyulun 24-də qəbul etdiyi “Readmissiya (qeyri-leqal immiqrantların qarşılıqlı mübadiləsi) haqqında Ukrayna Nazirlər Kabineti ilə Türkiyə Respublikası Hökuməti arasında Sazişin ratifikasiya olunması barəsində” Qanunu imzalamışdır.
Qanun iki ölkənin hökumətləri arasında bu dövlətlərin ərazisində qanunsuz yaşayan, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu və mübadiləsi haqqında Sazişi ratifikasiya etmişdir. Saziş, həmçinin readmissiya olunacaq şəxsin müdafiəsini nəzərdə tutur, habelə onun yerinə yetirilməsi üzrə səlahiyyətli orqanları müəyyənləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]