Ukrayna və Türkiyə prezidentləri Ankaranın sülh prosesində vasitəçiliyini müzakirə ediblər
Kiyev, 5 yanvar, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində yazıb.
Söhbət zamanı müzakirə mövzularından biri Rusiya Federasiyası ilə Ukrayna arasında sülh prosesində Ankaranın vasitəçiliyi olub.
"Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım. Biz təhlükəsizlik sahəsində əməkdaşlıq, əsirlərin mübadiləsi, “taxıl dəhlizi”nin inkişafını müzakirə etdik. Türkiyənin bizim “sülh formulu”nun həyata keçirilməsində iştirak etməyə hazır olduğunu eşitmək məni çox sevindirdi”, - deyə Zelenski əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]