UKRAYNADA “BÖYÜK LUQANSK DİVARI” AŞKAR EDİLMİŞDİR
Əgər geoloqlar sübut etsələr ki, landşaft üzərində, insanın müdaxiləsi olmadan, təbiət işləmişdir, onda, şübhəsiz, məlum olar ki, əhəng divar nadir hadisədir. Burada təbiətin, yaxud insanın düzdüyü daşlar alimlərin qızğın mübahisəsinə səbəb olmuşdur. Bəziləri divarı ikinçi Çin səddi adlandırır, bəziləri isə deyirlər ki, Donetsk təpəliklərində təbiətin belə möcüzələri kifayət qədər səciyyəvidir.
Bir tərəfdən, bəzi arxeoloqlar bildirirlər ki, əhəng divarda onun qədimliyini göstərən müəyyən tikinti üsullarını görmək olar. Həm də ehtiyatla güman edirlər ki, bu tikinti texnikası Troyanı xatırladır. Digər tərəfdən, mütəxəssislər bildirirlər ki, bu silsilə Donetskin alçaq sıra dağlarının formalaşması sxemi ilə gedir. Arxeoloqları bu mübahisədə geoloqlar barışdıra bilər. Əhəng divarın əmələ gəlməsinin təbiətini məhz onlar müəyyən edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]