Ukraynada güclü külək ciddi fəsadlar yaradıb, ölənlər var
Kiyev, 11 mart, AZƏRTAC
Ukraynada güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti dağıntılar və ölümlə nəticələnib.
AZƏRTAC xəbər verir ki, paytaxt Kiyevdə güclü külək yaşayış evlərinin, idarələrin dam örtüyünü dağıdıb. Nəticədə 20-yə yaxın maşın əzilib, xəsarət alanlar var.
Bundan başqa Vinnitsa vilayətində güclü külək ağacları aşırıb, nəticədə 11 yaşlı qız və 29 yaşlı qadın həlak olub.
Qeyd edək ki, sinoptiklər martın 11-də Ukrayna ərazisinin əksər yerlərində güclü küləyin olacağı barədə xəbərdarlıq ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [18:52]