Ukraynalı pilotlar Rumıniya və Danimarkada təlim keçəcəklər
Bakı, 27 iyul, AZƏRTAC
Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
AZƏRTAC xəbər verir ki, ukraynalı pilotların Rumıniya və Danimarkada “F-16” döyüş təyyarələri üçün təlim keçəcəyini qeyd edən Kirbi, təlim yerləri və təqvim üzərində hələ də çalışdıqlarını bildirib.
C.Kirbi təlim üçün başqa yerlərin də ön plana çıxa biləcəyini vurğulayıb.
Böyük Britaniyanın ukraynalı pilotların təyyarələri idarə edə bilməsi üçün dil təhsilinə başladığını ifadə edən Kirbi, təlim məsələsində mümkün qədər tez hərəkət etmək istədiklərini qeyd edib.
Bundan əlavə, Kirbi Ukraynada taxıl ixracı üçün müxtəlif marşrutlar üzərində Ukrayna və avropalı tərəfdaşlarla işlədiklərini vurğulayaraq, ən düzgün yolun dəniz daşınması olduğuna diqqət çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]