Ukraynanın Baş Naziri: Ölkə böyük iqtisadi böhranın astanasındadır
Kiyev, 11 mart, AZƏRTAC
Koronavirusun yayılması ilə əlaqədar Ukrayna qlobal iqtisadi böhrana daxil olur.
AZƏRTAC xəbər verir ki, bunu martın 11-də keçirdiyi brifinqdə Ukraynanın Baş Naziri Denis Şmiqal deyib.
Onun sözlərinə görə, Ukrayna böhran astanasındadır və bəzi ölkələrdə bu, artıq iqtisadi böhranın başlanğıcıdır.
Baş Nazir deyib: “Hazırda Ukrayna 2008-ci ildəkindən daha böyük iqtisadi böhranın başlanğıcındadır. Lakin bizim böyük qızıl və valyuta ehtiyatlarımız var. Beynəlxalq Valyuta Fondu (BVF) ilə kifayət qədər müsbət dialoq qurmuşuq. Bir neçə gün əvvəl BVF rəhbərliyi ilə keçirdiyimiz konfransda sistemli şəkildə razılaşdıq, heç bir şərti dəyişmədən əməkdaşlığı davam etdiririk”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]