MƏDƏNİYYƏT
Ulu Öndərin 100 illiyinə həsr olunan sərgi - “Xalqın hikməti, elin sənəti”
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854622823444869_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854624219945481_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854624430243410_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854622521460483_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854623989922502_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854623807431879_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_161690385462631211220_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854635577928868_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854633012639413_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854635590224847_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_16169038546390766332_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854633907937236_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854636363663108_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_16169038546332050689_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854631435126584_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854631363762584_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_16169038546331231471_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854632792943159_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616903854635772814609_1200x630.jpg)
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Sərdarlar ailəsinin “Xalqın hikməti, elin sənəti” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışından öncə jurnalistlərə müsahibəsində Sərdarlar ailəsinin nümayəndəsi İsgəndər Sərdarlı öz hədəflərindən danışıb: “Azərbaycanın maddi-mənəvi irsi olduqca zəngindir. İnsanlar tərəfindən keçmişdə adi məişətdə istifadə edilən bir çox əşyaları - sandıqça, sandıq və digərlərini yeni formatda hazırlayırıq, həmçinin gələcəkdə zinət əşyalarını yeni metodologiya ilə ictimaiyyətə təqdim etməyi planlaşdırırıq”.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışçılar Sərdarlar ailəsinin unudulmuş tətbiqi sənət nümunələrinin yenidən bu günümüzə yeni məzmun və formatda təqdim etməsini Azərbaycan incəsənətinə böyük töhfə olduğunu bildiriblər. Qeyd edilib ki, zərgərliklə tətbiqi sənəti sintezləşdirən ailənin əl işləri milli koloriti və orijinallığı ilə göz oxşayır.
Sərgidə Sərdarlar ailəsinin - Lalə Sərdarlı, Toğrul Sərdarlı, İsgəndər Sərdarlının ərsəyə gətirdiyi bir-birindən maraqlı, incə zövqlə işlənmiş sandıq və sandıqçaları, mücrüləri, eləcə də müxtəlif zərgərlik inciləri nümayiş olunur. Həmçinin ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından zəngin ornamentli xovlu və xovsuz xalçalar, nəfis bədii tikmələr təqdim edilir.
Azərbaycan Rəssamlar İttifaqının üzv olan Sərdarlılar ailəsi hazırda Qərbi azərbaycanlılara məxsus tarixi ərazilərində formalaşmış mədəni irsin öyrənilməsi, təbliğ edilməsi yolunda yeni əsərlər yaradırlar. Hazırda Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrin tanınmış, nüfuzlu şəxslərinin kolleksiyalarında Sərdarlılar ailəsinin əsərləri saxlanılır.