UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, sənədlərin qəbulu avqustun 31-dək aparılacaq. Təkrar ali təhsil almaq istəyənlər UNEC-in saytında qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 2023/2024-cü tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün ixtisasların siyahısı və əlavə məlumatla universitetin saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]