Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaq incəsənət və musiqi məktəblərinin modernləşdirilməsi qarşıya vəzifə qoyulub – Müsahibə

Uşaq incəsənət və musiqi məktəblərinin modernləşdirilməsi qarşıya vəzifə qoyulub –  Müsahibə

Bakı, 11 avqust, AZƏRTAC

Mədəniyyət Nazirliyi tərəfindən uşaq incəsənət və musiqi məktəblərində direktor, direktor müavini və müəllimlərin işə qəbulu prosesinin iki mərhələli sistemlə həyata keçirilməsinə başlanılıb. Birinci mərhələ - test mərhələsi Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil olunur. İkinci mərhələ isə müsahibə şəklində qabiliyyətin yoxlanılmasından ibarətdir. Burada namizədlərin bilik və bacarıqları müstəqil ekspertlər, peşəkar mütəxəssislər tərəfindən qiymətləndirilir. Direktor, direktor müavinləri və müəllimlərin işə qəbulu ilə bağlı sualları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimova cavablandırıb.

AZƏRTAC müsahibəni təqdim edir.

-Mədəniyyət Nazirliyinin tabe təhsil müəssisələrinə 2023-cü ildə direktor, direktor müavinləri və müəllimlərin işə qəbulu ilə bağlı ümumi yanaşma və prosedur özündə nəyi ehtiva edir? Müsabiqələrdə kimlər iştirak edə bilir?

-Uşaq incəsənət və musiqi məktəblərində tədrisin necə qurulması mədəniyyətimizin inkişafının təməlində dayanan mühüm məsələlərdəndir və bu sahədə keyfiyyətli təhsil başlıca meyardır. Sözsüz ki, musiqi, incəsənət, rəssamlıq, aşıq məktəb və mərkəzlərində tədrisin yüksək səviyyədə qurulmasında, peşəkar müəllim kadrlarının müstəsna rolu var. Çünki bu sahə baza rolunu oynayır və burada təhsilin təməli daha möhkəm və etibarlı qoyulmalıdır.

Öncə onu deyim ki, qeyd etdiyiniz imtahanlarla bağlı nazirliyə çoxsaylı müraciət və suallar ünvanlanır. Nəzərə çatdırmaq istərdik ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 2022-ci ildə iştirak etmiş namizədlərin əldə etdikləri nəticələr, yəni toplanmış ballar 2 il qüvvədə qalır. Bununla əlaqədar 2022-ci ildə test imtahanında müvafiq minimal balı toplamış namizədlər test imtahanına qatılmadan iştirak edə bilərlər. Bu müəssisələrdə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları"nın tələblərinə müvafiq olaraq müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Direktorların və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqədə ali təhsil müəssisələrini “Mədəniyyət və incəsənət ixtisasları qrupu” üzrə bitirərək diplom almış, ixtisası üzrə 5 ildən az olmayaraq pedaqoji əmək stajı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Xarici dövlətin təhsil müəssisəsini bitirmiş şəxslər isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən ali təhsilə aid kvalifikasiyaların tanınmasına dair təsdiq edilmiş şəhadətnamə təqdim edilməlidir. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini “Mədəniyyət və incəsənət ixtisasları qrupu” üzrə bitirərək diplom almış, eləcə də xarici dövlətin təhsil müəssisəsini bitirmiş şəxslərə verilən yuxarıda qeyd olunan müvafiq şəhadətnaməni təqdim etmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

-Müsabiqənin test imtahanı mərhələsi necə keçdi?

-İmtahanın keçirilməsi və müvafiq qaydalarla bağlı əvvəlcədən Mədəniyyət Nazirliyinin rəsmi internet saytının “Elanlar” bölməsində məlumatlar yerləşdirilmişdi. Müsabiqənin test imtahanı mərhələsi 16 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilib. Nəticələr isə iyulun 18-də elan olunub.

-Ümumilikdə test imtahanlarında iştirakçılıq hansı səviyyədə olub?

-Nəzərə almaq lazımdır ki, musiqi və incəsənət məktəbləri hər zaman cəmiyyətimizin xüsusi diqqətində olublar. Əksər ailələr məktəbyaşlı övladlarını bu sahəyə yönəltmək arzusunda olurlar. İncəsənət sahəsi insanlar arasında populyar olduğu kimi, bu istiqamət üzrə tədris müəssisələrində çalışmaq istəyənlərin də sayı ildən-ilə artır. Elə bu səbəbdən də direktor və direktor müavini vəzifələri üzrə işə qəbulun test imtahanı mərhələsi üçün ümumi 86 nəfər namizəd qeydiyyatdan keçmiş, onlardan 83 nəfəri imtahanda iştirak etmiş, 37 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanmışdı. Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi üçün ümumilikdə 1048 nəfər namizəd qeydiyyatdan keçmiş, onlardan 1026 nəfəri imtahana qatılmış, 511 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak haqqında sahib olmuşdu.

-Şəhid ailələri və qazilərə işə qəbul zamanı hər hansı güzəştlər tətbiq edilirmi?

-Əlbəttə. Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas kateqoriyaya aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Şəhid ailələri və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılmasına daim xüsusi diqqət və həssaslıqla yanaşılır. Vətəndaşlarımızın daim qayğı ilə əhatələnməsi, dövlət dəstəyini hiss etməsi dövlət siyasətinin prioritet hədəflərinin təməlində dayanır. Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür. Nazirlik tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır. Bütün bu sadaladıqlarımızdan irəli gələrək müsabiqədə uğurlu nəticə göstərmiş namizədlər arasında seçim edilərkən şəxsin şəhid ailəsinin üzvü və ya müharibə iştirakçısı olması da nəzərə alınır.

-Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlərin vakansiya seçimi nə zaman başlayacaq?

-Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində direktor, direktor müavini və müəllim vəzifələri üzrə vakansiyalar haqqında məlumat işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak üçün qeydiyyat aparıldığı zaman - 2023-cü il 20 avqust tarixindən sonra Mədəniyyət Nazirliyinin culture.gov.az saytında yerləşdiriləcək.

-Namizədlər müsahibə proqramı ilə haradan tanış ola bilərlər?

-Məktəblərimizdə yalnız savadı ilə deyil, həm də metodikası yüksək olan müəllimlərin dərs deməsi müvəffəqiyyət üçün mühüm göstəricidir. Təbii ki, nisbətən gənc müəllimlərin təcrübə toplamalarına zərurət mövcuddur və onlara bu istiqamətdə dəstəyə ehtiyacları var. Məktəblərin modernləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi, şagird hazırlığının keyfiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, təhsilin məzmunca yeniləşdirilməsi qarşıda qoyulmuş əsas vəzifələr olduğu üçün, müsahibə zamanı da bu meyarlara üstünlük verilir. Mövzu ilə bağlı mütəmadi olaraq nazirliyin internet informasiya ehtiyatlarında elanlar yerləşdirilir. Müsahibə proqramı haqqında məlumatlar da, həmçinin nazirliyin rəsmi informasiya saytında yerləşdirilmişdir.

Onu da vurğulayım ki, təhsil müəssisəsinin rəhbərliyinə namizəd olan şəxs məktəbin fəaliyyətinin təkmilləşdirilməsi üzrə öz proqramını təqdim etməlidirlər. Proqramda məktəbin gələcək vəziyyətinin təsviri, sahə üzrə problemlərin həlli yolları, müvafiq sahənin və məktəbin inkişafını təmin edəcək tədbirlər və fəaliyyətlər planı, mövcud resurslardan istifadə etməklə daha yüksək nəticə əldə etmək üçün təkliflər, proqramın həyata keçirilməsindən gözlənilən nəticələr öz əksini tapmalıdır. Direktorların və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən namizədin vakant vəzifəyə təqdim etdiyi proqramın aktuallığı, səmərəliliyi, sistemliliyi, reallığı, ətraflı və detallı işlənilməsi və s. sahələr üzrə qiymətləndirilir. Bura, həmçinin namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları daxildir.

-Müsahibənin nəticəsindən narazı olan namizədlər hara müraciət etməlidirlər?

-Müəllimlərin istedad və bacarıqları qiymətləndiriləcək, şəffaf, obyektiv şəkildə qərarlar qəbul ediləcək. Müsahibə mərhələsinin nəticələrindən narazı qalan namizədlər [email protected] ünvanı ilə müraciətlərini edə bilərlər. İnanırıq ki, hər kəsin bilik və bacarığı ölçüsündə dəyərləndiriləcək. Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə Apellyasiya komissiyası yaradılıb. Komissiya şikayətləri obyektiv şəkildə araşdıraraq namizədin iddia etdiyi vəzifəyə uyğun olub-olmaması barədə müvafiq qərar qəbul edir və bu haqda namizədin məlumatlandırılmasını təmin edir.

-Test və müsahibə mərhələsindən uğurla keçmiş, lakin vakant yer olmadığı üçün təyinat ala bilməyən namizədlərin aqibəti necə olacaq?

-İncəsənət təhsili şəxsiyyətin hərtərəfli inkişafında, onun mənəviyyatının, yaradıcı fərdiliyinin, intellektual və emosional zənginliyinin formalaşmasında, əxlaqi cəhətdən sağlam nəslin yetişməsində böyük əhəmiyyət kəsb edir. İşə qəbul üzrə keçirilən müsabiqədə uğur qazanan, lakin vəzifəyə təyin edilməyən namizədlər iki il müddətinə ehtiyat kadrlar siyahısına daxil edilirlər. Bu müddətdə müvafiq ixtisas üzrə vakant vəzifə yaranarsa, həmin namizədlər onların razılığı ilə müsabiqədənkənar vəzifəyə təyin edilə bilərlər.

-Müəllimlərin işə qəbulu üzrə test imtahanının keçid balları barədə nə deyərdiniz?

-Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanında 35 bal toplamış namizədlər, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblərdə işə qəbul olunmaq istəyən namizədlər istisna olmaqla, uğur qazanmış hesab edilirlər. Bakı şəhərinin məktəbləri üzrə test imtahanlarında 49 bal toplamış namizədlər, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə 42 bal toplamış namizədlər uğur qazanmış hesab olunurlar. Simli alətlər - violonçel və kontrabas, klassik və milli nəfəsli alətlər, habelə xoreoqrafiya ixtisaslarına gəlincə isə bu ixtisaslar üzrə Bakı şəhər məktəbləri üçün 44, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üçün 37, digər regionlar üzrə 30 bal müəyyən edilib.

-Müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanmış namizəd ikinci iş yeri kimi musiqi məktəblərində çalışa bilərmi?

-Bütün sahələrdə olduğu kimi, bu sahədə də fəaliyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun tənzimlənir. Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanmış namizədin yalnız əsas işçi kimi təyinatı ilə bağlı qərar verilir. Belə ki, məktəbdə əlavə, yəni ikinci iş yeri üzrə çalışan işçi tərəfindən müvafiq vakansiyanın tutulması müsabiqədə uğur qazanmış və əsas iş yeri olmayan digər namizədlərin haqlı narazılığına səbəb olur.

-Müəllimlər iş yerini bir məktəbdən digər məktəbə dəyişə bilərmi? Bu zaman prosedur hansı formada həyata keçirilir?

-Məktəblərdə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri eyni olan ərazilər daxilində iş yerinin dəyişdirilməsi məsələsinə nazirliklə razılaşdırmaqla müvafiq regional idarələr tərəfindən fərdi qaydada baxılır. Digər hallarda müəllimlərin yerdəyişməsi nazirlik tərəfindən yaradılan komissiyanın qərarına əsasən müsahibə yolu ilə həyata keçirilir.

-Müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır