UŞU ÜZRƏ ÖLKƏ ÇEMPİONATINA YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Maştağa Olimpiya İdman Kompleksində uşu üzrə Azərbaycan çempionatı başa çatmışdır. Altı yaş qrupu üzrə keçirilən yarışda 350 idmançı qüvvəsini sınamışdır.
Böyüklərin yarışında Azər Hüseynov, Sərxan Cabbarov, Rövşən Əliyev, Nəriman Əhmədov, 1989-90-cı il təvəllüdlülərin birinciliyində isə Cəlal Süleymanov, İlahəddin Məmmədov yüksək ustalıq nümayiş etdirərək qızıl medallara layiq görülmüşlər.
1993-94 və 1995-97-ci il təvəllüdlülərin mübarizəsində Gəncə və Quba idmançıları fərqlənmişlər.
Kiçik yaşlı (1998-2000-ci il təvəllüdlü) uşaqların yarışında isə Gəncə idmançıları Xəyal Əzizli, Kənan Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Ümumiyyətlə yalnız final qarşılaşmalarında Gəncə idmançıları 14 qızıl medala layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]