Van İ yenidən Çinin xarici işlər naziri təyin olunub
Pekin, 25 iyul, AZƏRTAC
Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin üzvləri Çin Qanın ölkənin xarici işlər naziri vəzifəsindən azad edilməsinə səs veriblər.
AZƏRTAC xəbər verir ki, 2013-2022-ci illərdə Çinin xarici siyasət idarəsinə rəhbərlik etmiş Van İ yenidən xarici işlər naziri təyin edilib. Son günlər xarici mətbuatda sabiq nazir Çin Qanın televiziya aparıcısı olan honkonqlu qadın ilə yaxın münasibətləri barədə məlumatlar yayılmışdı. Bir aya yaxın idi ki, Çin Qanın rəsmi görüşlərdə iştirakı və vəzifəsini icra etməsi barədə məlumat yox idi.
Daimi Komitənin üzvləri İ Qanın Çinin mərkəzi bankının rəhbəri vəzifəsindən azad edilməsi, yerinə Pan Qonşenin təyin olunmasına da səs veriblər. Çin Xalq Respublikasının Sədri Si Cinpin həmin qərarları təsdiqləyən sərəncamlar imzalayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]