Vaşinqtonda ənənəvi Türk Festivalı keçirilmişdir
Bakı, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 2-də yüzlərlə azərbaycanlı və türkiyəli ənənəvi Türk Festivalında iştirak etmək üçün Vaşinqtonun mərkəzinə toplaşmışdır.
IX Türk Festivalında 25 min nəfər iştirak etmişdir. Festivalda Azərbaycan və Türkiyə mətbəxinin bir-birindən dadlı, ləziz nümunələri, rəqslər, əyləncə, qəhvə falı ənənəsi təqdim olunmuş, Şərq bazarı və turizm sərgiləri keçirilmişdir.
Bu il festival çərçivəsində Vaşinqton və Ankara qardaşlaşma haqqında razılaşma da əldə etmişlər. Ankaranın bələdiyyə sədri Məlih Gökçək və Vaşinqton meri Vinsent Qrey Vaşinqton bələdiyyəsinin binasında müvafiq protokolu imzalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]