VENESUELA RUSİYADAN HAVA HÜCUMUNDAN MÜDAFİƏ VASİTƏLƏRİ DƏ ALMAQ İSTƏYİR
Çaves televiziya ilə çıxışında demişdir: “Venesuela öz hava məkanını qorumaq üçün müasir hava hücumundan müdafiə sistemlərinə malik olmalıdır. Biz ölkənin Karib dənizi sahilindən Braziliya ilə sərhədədək öz hüdudlarının qorunmasını təmin etməliyik. Belarusa, Rusiya və İrana səfərim zamanı müasir zenit-raket sistemləri gördüm. Onlar hədəfi 125 mil məsafədə aşkarlaya bilir. Bu silahlar Venesuelanı təcavüzdən müdafiə etməyə qadirdir”.
Müxtəlif mənbələrin məlumatına görə, Venesuelanın hərbi nümayəndələri Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə maraqlanırlar.
Xatırladaq ki, Çavesin Rusiyaya səfəri zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində bir sıra müqavilələr bağlanmışdır. Hazırda qüvvədə olan müqavilələrə əsasən, Rusiya Venesuelaya çoxlu atıcı silah, 24 Su-30 qırıcı təyyarəsi, müxtəlif tipli 53 vertolyot, digər silah və müdafiə vasitələri satmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]