Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq qurumun sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda müraciətlər əsasən işlə təminedilmə ilə bağlı olub. Həmçinin müxtəlif ideya və təkliflər dinlənilib.
Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.