Xankəndi və Şuşada “Azəriqaz”la birgə əmək yarmarkaları təşkil olunub
Bakı, 12 mart, AZƏRTAC
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün əmək yarmarkalarının keçirilməsini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dəfə Agentlik tərəfindən “Azəriqaz” İstehsalat Birliyi ilə Xankəndi və Şuşa şəhərlərində əmək yarmarkaları keçirilib.
Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olan qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatının nəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdim edilib.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:51]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:44]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]