CƏMİYYƏT
Xankəndi, Xocalı və Xocavənddən tapılan silah-sursatın sayı açıqlanıb
Bakı, 31 avqust, AZƏRTAC
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avqustun 25-dən 30-dək Xankəndi şəhəri ərazisindən tapılan silah-sursatın sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xankəndi şəhərinin ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4707 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilərək götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2024 [19:01]
Mətbuat Şurasında türkiyəli media təmsilçiləri ilə görüş olub
- 19.09.2024 [18:03]
“44 günlük Vətən müharibəsi” kitabı rus dilində çapdan çıxıb
- 19.09.2024 [17:57]