“Xarı bülbül” klubu Yüksək Liqanın yeni mövsümünə qələbə ilə başlayıb
Bakı, 15 dekabr, AZƏRTAC
Kişi voleybolçular arasında Yüksək Liqada 2022/2023-ci il mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, Voleybol Mərkəzində keçirilən birinci turun ilk oyununda “Xarı bülbül” və MOİK komandaları üz-üzə gəliblər.
Qarşılaşma Şuşa təmsilçisi “Xarı bülbül”ün 3:0 (25:20, 28:26, 25:16) hesablı qələbəsi ilə başa çatıb.
Yüksək Liqada “Xarı bülbül”, MOİK ilə yanaşı, “Neftçi” və “Murov” komandaları da mübarizə aparacaqlar.
Kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]