Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da saat 4 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
Xətai rayon prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:22]
Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 16.06.2026 [11:16]
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub
- 16.06.2026 [11:02]
Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 16.06.2026 [10:55]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
- 16.06.2026 [10:44]
Bu ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]