XƏZƏR DƏNİZİNDƏ SEYSMİK-KƏŞFİYYAT İŞLƏRİ APARILMIŞDIR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft şirkətlərinin sifarişi ilə kəşfiyyat-geofiziki işlərin əsas hissəsini ARDNŞ-in təsis etdiyi “Caspian Geophysical” Birgə Müəssisəsi icra edir. Bu işlərə “Bakı” və “Gilavar” gəmiləri cəlb olunmuşdur. Gəmilər bütün müqavilə sahələrində, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Qarabağ”, “Əşrəfi” və s. yataqlarda seysmik-kəşfiyyat işləri aparmışlar. Qurudakı kəşfiyyat-geofiziki işləri isə ARDNŞ-in Geofizika və Geologiya İdarəsi həyata keçirir.