“Xocalı əsrin faciəsidir” inşa-yazı müsabiqəsinə yekun vurulub
Tərtər, 15 fevral, AZƏRTAC
Tərtər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı əsrin faciəsidir” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib. 42 ümumtəhsil məktəbindən 42 şagirdin iştirak etdiyi yekun turda şagirdlərə 2 saat vaxt verilib.
Rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tunarə Məmmədzadə, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri faciədən bəhs ediblər. Bildirilib ki, inşa müsabiqəsinin keçirilməsi gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədi daşıyır.
Müsabiqənin qaliblərinə Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbirində diplomlar təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]