XOCALI SOYQIRIMI XX ƏSRİN ƏN BÖYÜK FACİƏSİDİR
Masallı, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Masallı şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önünə yüzlərlə adam toplaşmışdı. Rayonun müxtəlif yaşayış məntəqələrindən gələn müharibə veteranları, yaşlı nəslin, gənclərin və müxtəlif təşkilatların nümayəndələri abidə önünə gül dəstələri düzərək Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmişlər.
Mərasim iştirakçıları milli birlik, dövlətçiliyimizə sədaqət və şəhidlərin ruhuna ehtiramlarını nümayiş etdirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev abidə kompleksinin önünə gül dəstələri düzmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxumuşdur.
Mərasimdə məktəblilərin ifasında “Xocalıda izim qalıb” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Qəzənfər Ağayev Xocalı faciəsinin canlı şahidləri, rayonun Ərkivan qəsəbəsində məskunlaşmış Xocalıdan olan Quliyevlər ailəsi ilə görüşmüş, onlara başsağlığı vermiş, problemləri ilə maraqlanmışdır.
Masallı rayonunda məskunlaşmış Xocalı sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına əminlik ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]