Yağışlarla əlaqədar çaylarda suyun səviyyəsi artmışdır
Bakı, 29 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 105-120, Quba-Xaçmazda 60-130, Lənkəran-Astarada 20-90, Kiçik Qafqazda 100-110, Naxçıvan MR çaylarında isə 60-70 faizini təşkil edir.
Yağışlarla əlaqədar Kür çayında və onun qollarında suyun səviyyəsi artmışdır. Son beş gün ərzində Surra məntəqəsində suyun səviyyəsi 87, Şirvanda 86, Salyanda 79, Bankədə 36, Araz çayının Novruzlu məntəqəsində isə 105 santimetr artmışdır.
Buna baxmayaraq Kür və Arazın bütün məntəqələrində suyun səviyyəsi maksimal həddə çatmamış, ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]