Yaponiyada yeni avtomobillərin satışı son 45 ilin minimumuna enib
Bakı, 5 yanvar, AZƏRTAC
2022-ci ildə Yaponiyada yeni avtomobillərin satışı yarımkeçirici çatışmazlığı və hissələrin tədarükü ilə bağlı problemlər fonunda son 45 ilin ən aşağı səviyyəsinə düşüb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Yaponiya Avtomobil Dilerləri Assosiasiyası və Kiçik Avtomobillər Assosiasiyasının cümə axşamı günü dərc etdiyi statistikada yer alıb. Avtomobil satışının azalması koronavirus pandemiyasının təsirləri ilə izah olunur.
Statistikaya əsasən, ötən il Yaponiyada ümumilikdə təxminən 4,2 milyon minik avtomobili satılıb. Bu da 1977-ci ildən bəri ən aşağı göstəricidir.
Ölkədə yeni avtomobillərin satışı ardıcıl olaraq dörd ildir ki, azalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]