Yaponiyanın Baş Naziri yeni koronovirusla mübarizədə qlobal əməkdaşlığa çalışacağını vəd edib
Tokio, 12 mart, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe Dünya Səhiyyə Təşkilatı (DST) yeni koronovirusu qlobal pandemiya elan etdikdən sonra bu virusla mübarizə üçün beynəlxalq əməkdaşlığı genişləndirəcəyini vəd edib.
AZƏRTAC Yaponiya Baş Nazirinin ofisinə istinadla xəbər verir ki, Ş.Abe bu barədə martın 12-də DST-nin məsələ ilə bağlı bəyanatını şərh edərkən bildirib. Baş Nazir qeyd edib ki, bu bəyanat yeni koronavirusun bütün dünyada yayılmasına müvafiq cavabdır.
Ş.Abe əlavə edib ki, Yaponiya hökuməti yapon xalqının sağlamlığını və həyatını qorumaq üçün lazım olan bütün addımları atır. Eyni zamanda, hökumət tərəfindən virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülür.
Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada, ümumilikdə, 1277 nəfər yeni koronavirusa yoluxub. Onlardan 19 nəfəri dünyasını dəyişib, 346 nəfər isə müalicədən sonra sağalaraq evlərinə buraxılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]