Yaxın 2 gündə hava dəyişkən buludlu olacaqdır
Bakı, 20 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə çiskin olacağı, cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 9-11, gündüz 16-18 dərəcə təşkil edəcəkdir.
Noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-12, gündüz 15-17 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında noyabrın 21-22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı, noyabrın 22-də isə az yağış yağacağı, şərq küləyinin əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 3-7, gündüz 9-14 dərəcə isti təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]