YAY İSTİRAHƏTİ KÜLƏKLƏR QANADINDA
Lakin gəzinti körpüsünün rəisi Malik Rəhimov məni sakitləşdirərək dedi: “Gəzinti katerləri parkının təzələnməyə çoxdan ehtiyacı olmasına baxmayaraq, işçilərimiz istirahətə gələnlərin narahatlıq hissləri keçirməməsi üçün lazımi işləri görür, hər bir gəzinti zamanı sərnişinlərin təhlükəsizliyinə ciddi nəzarət edirlər. Gəminin göyərtəsində 200 oturacaq var. Hətta gəminin ön hissəsində olduqda belə, sərnişinləri heç bir təhlükə gözləmir. Reyd zamanı katerdə vəziyyəti nəzarətdə saxlayan müşahidəçi olur”.
Katerlər hər il ciddi texniki nəzarətdən keçirilirlər. Onların hər birində 200 xilasedici jilet və 16 yerlik 13 xilasetmə salı var. Gəminin kapitan, matros, mexanik və motorçudan ibarət heyəti fövqəladə hallarda yardım göstərmək vərdişlərini təkmilləşdirmək məqsədi ilə daim təlimatlanırlar. Təəssüf ki, gəzinti katerləri nəhəng şəhərimiz üçün azlıq edir. İsti yay günlərində dəniz gəzintisinə çıxmaq istəyənlərin sayı isə olduqca çoxdur.