YAZIÇI-PUBLİSİSTİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, Qafqaz Universitetində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova ilə görüş keçirilmişdir.
Universitetin rektoru, professor Əhməd Saniç çıxış edərək, E. Axundovanın yaradıcılığından danışmış, ona yeni nailiyyətlər arzulamışdır.
E. Axundova son illərdə nəşr olunmuş ayrı-ayrı kitabları, o cümlədən “Şüşə saray”, “Liderliyin fenomeni” əsərləri barədə ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, həmin əsərlərin bir neçəsi ötən əsrin 90-cı illərində Azərbaycanda gedən siyasi proseslərdən, ümummilli liderimiz Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs edir.
Yeni yaradıcılıq planlarını nəzərə çarpdıran E. Axundova, eyni zamanda tələbələrə tövsiyələrini vermiş, onlara təhsildə uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]