YEDDİ AYDA 14,2 MİLYARD KİLOVAT-SAAT ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLMİŞDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkə enerji sistemində ötən yeddi ay ərzində 14,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bunun 12,4 milyard kilovat-saatı istilik elektrik müəssisələrində, 1,8 milyard kilovat-saatı isə su-elektrik stansiyalarında istehsal olunmuşdur.
Bu müddətdə ölkənin enerji sisteminə qonşu ölkələrdən 1,06 milyard kilovat-saat elektrik enerjisi daxil edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır.