Yəmən Nümayəndələr Palatasının sədri Bakıdadır
Bakı, 21 iyun, AZƏRTAC
Yəmən Nümayəndələr Palatasının sədri Sultan Səid Əl-Bərkani Azərbaycana işgüzar səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.