YENİ AVTOVAĞZALIN TİKİNTİSİ SÜRƏTLƏNDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Biləcəri yamacında inşa edilən yeni avtovağzalın tikintisi sürətləndirilmişdir.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, təxminən 47 min kvadratmetr sahəni əhatə edən obyektdə dəmir-beton işləri başa çatmaq üzrədir. Hazırda, burada 500 nəfər müvəqqəti işlə təmin edilmişdir. 2007-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan avtovağzalda 2000-ə yaxın daimi iş yeri açılacaqdır.