YENİ SEXLƏR İŞƏ SALINMIŞDIR
Saatlı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Şövqi” Məhdud Məsuliyyətli Cəmiyyətinin meyvə-tərəvəz, “Yeni texnologiya A.A.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin şirə, “İ.S” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəvəz emalı sexləri istifadəyə verilmişdir. Bu sexlərdə 50 nəfərdən çox yerli sakin işlə təmin olunmuşdur.