Yeni tədris ilindən yüksək texniki peşə sahəsi üzrə iki yeni ixtisas tədris olunacaq
Bakı, 28 iyul, AZƏRTAC
Yeni tədris ilindən yüksək texniki peşə sahəsi üzrə iki yeni ixtisas - kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının istismarı, texniki peşə sahəsi üzrə isə üç yeni ixtisas - rabitə quraşdırıcısı kabeli, kombi və kondisioner ustası, eləcə də unüyütmə istehsalının aparatçısı tədris olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, 2023-2024-cü tədris ili üzrə peşə təhsili müəssisələrində ən çox plan yeri tələbata uyğun olaraq aşpazlıq və dərzi ixtisaslarına ayrılıb.
Ceyhun Kərəmov bildirib ki, aşpazlıq 1360, dərzi 1160, elektrik qaz qaynaqçısı 1140, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru 960, əməliyyatçı mühasib 940, bərbər, vizajist, manikürçü 820, kompüterlərin təmiri və xidməti üzrə texnik 820, qrafik dizayner üzrə isə 740 plan yeri ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]