Yeniyetmə cüdoçularımız xatirə turnirində üç medal qazanıblar
Bakı, 17 may, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində xalq qəhrəmanı Er-Kosay Kudaykulunun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə 8-ci ənənəvi beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandası yarışda 9 cüdoçu ilə təmsil olunub. Yığmamız yarışı üç medalla başa vurub.
Turnirdə 50 kiloqram çəki dərəcəsində çıxış edən Sənan Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Namiq Mirzəliyev (42 kq) və Nəriman Mirzəyev (50 kq) isə yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]