Yevlax gənclərindən təşəbbüs: sakinlərə bayraqlar paylanıb
Yevlax, 13 oktyabr, AZƏRTAC
Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri vətənpərvər təşəbbüslə çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər Yevlax şəhər sakinlərinə eyvanlarından asmaq üçün Azərbaycan və Türkiyə bayraqları paylayıblar. Təşəbbüs şəhərə daha vətənpərvər ab-hava qatıb və sakinlər tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.