YOL HƏRƏKƏTİ QAYDALARININ POZULMASINA GÖRƏ CƏRİMƏLƏRİN MƏBLƏĞİ ARTIRILACAQDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin yaz sessiyasının iyunun 16-da keçirilmiş son iclasında deputatlar yol hərəkəti qaydalarının pozulmasına, xüsusən də hərəkət sürətinin yüksəldilməsi və təhlükəsizlik kəmərlərini bağlamamağa görə cərimələrin məbləğinin artırılmasını təklif etmişlər. Deputat Elmira Axundova vətəndaşların sürücülük vəsiqələrini alarkən tibbi komissiyadan keçirilməsi mexanizminin yenidən bərpa olunmasının vacibliyini vurğulamışdır. O demişdir ki, avtoxuliqanlıq nəticəsində cavanların həlak və şikəst olması faktları artmaqdadır. Odur ki, qaydalar sətrləşdirilməli və cərimələrin məbləği artırılmalıdır.
Milli Məclisin sədri Oqtay Əsədov deputatların təkliflərini dəstəkləmiş və bununla bağlı qanun layihəsi hazırlanması barədə göstəriş vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [19:29]
Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
- 26.08.2026 [19:19]
Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib
- 26.08.2026 [19:00]
® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır
- 26.08.2026 [18:55]
“Bitcoin”in qiyməti 78 min dollara enib
- 26.08.2026 [17:50]
Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb
- 26.08.2026 [17:42]