Yoldaşlıq oyunları üçün Azərbaycan millisinin heyəti açıqlanıb
Bakı, 16 may, AZƏRTAC
Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı, həmçinin Andorra, Makedoniya və Kanada ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, milliyə Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Rəşad Eyubov, Elvin Camalov, Pavel Paşayev (hamısı “Qəbələ”), Səlahət Ağayev, Ağabala Ramazanov, Amil Yunanov (hər üçü “Sumqayıt”), Rəhman Hacıyev, Ruslan Qurbanov, Araz Abdullayev
(hər üçü “Neftçi”), Kamran Ağayev (“İnter”), Anar Nəzirov, Elvin Məmmədov, Vüqar Mustafayev, Adil Nağıyev (hamısı “Zirə”), Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisi “Kəpəz”), Dmitriy Nazarov (“Karlsruhe”, Almaniya), Eddi İsrafilov (“Kordoba”, İspaniya), Ufuk Budak (“Gaziantep BB”, Türkiyə) və Murad Səttarlı (AZAL) dəvət olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]